Foto 22:35 13.12.2017

Bakıda otel satılır: Qiyməti 8,5 milyon manatdır (FOTOLAR)

Paytaxt Bakıda yerləşən 4 ulduzlu otel 8,5 milyon manata satışa çıxarılıb.

Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, otel Bakı şəhərinin mərkəzinə yaxın ərazidə, Dəmir Yolu Vağzalının yanında yerləşir.

95 otaqdan ibarət otelin ərazisində böyük üzgüçülük hovuzu və fitnes mərkəzi də fəaliyyət göstərir.

Otel üçün müəyyən edilən ilkin satış qiyməti isə 8.500 000 manatdır.