Ölkə 14:32 15.08.2019

Bakıda oğul atasının “Lexus"unu oğurladı

Avqustun 14-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini F.Novruzova məxsus "Lexus” markalı avtomobil qaçırılıb.

Qaynarinfo DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətmiş onun oğlu Qobustan rayonu ərazisində saxlanılmışdır.

Araşdırmalar RPİ tərəfindən aparılır.