Bakıda ard-arda partlayış səsi eşidilib. 

İzləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

"Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib:

"Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".