Ölkə 17:43 18.09.2019

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi

Bakıda qətl törətmək istəyən şəxs polis tərəfindən zərərsizləşdirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, Bakı şəhər sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır.

E.Hacıyev qeyd edib ki, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir: "Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib”.