Ekonomiks 11:14 19.07.2018

Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Prezidentlər biznes forumda çıxış ediblər.