Ekonomiks 16:41 30.09.2014

Bakıda qeyri-adi layihə təklifi - FOTO


Bakı buxtasında körpü salınması planlaşdırılsa da...

Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur.

Bubarədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələrvə informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-amüsahibəsində məlumat verib.

Böyük Bakının Regional İnkişafPlanında yer alan əsas inkişaf prioritetləri barədə danışan C.Qocayevdeyib ki, əvvəlcə Bakı buxtasında körpü salınması planlaşdırılırdı.Lakin memarlar görüntü nöqteyi-nəzərdən həmin layihənin əleyhinəçıxdılar:

“Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizingörünüşünə xələl gətirə bilərdi. Texniki cəhətdən yanaşsaq, Bakıdatez-tez güclü külək əsməsi həmin körpüdə nəqliyyatın təhlükəsizliyinişübhə altına alırdı. Buna görə də, Cənubi Koreya şirkətinin təklifi iləbuxtada tunelin inşası gündəmə gəldi. Tunel avtomobillərin DalğaPlazadan Nobel prospektinə birbaşa çıxmasına imkan yaradacaq. Bu,Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, gələcəkdədənizin səviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinəyetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metrgenişlənməsinə imkan yaranacaq və nəhayət, buxtaya tullantı sularınınaxıdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşıllıqların salınmasıda nəzərdə tutulur”.

Qaynar.info