Sənət 09:55 26.04.2014

Bakıda "İsanın qadını" romanı çap olundu


Gənc yazar Səxavət Sahilin “İsanın qadını” adlı yeni romanı işıq üzü görüb.

Qaynar.info xəbər verir ki, kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çap olunub.  

“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələr ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.   

Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb.

“İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.

Kitabın redaktoru Kənan Hacıdır.


Kitabın qiyməti isə 2.99 AZN-dir.

Qaynar.info