İdman 12:13 07.04.2014

Bakıda "Qalatasaray" - "Fənərbaxça" davası - VİDEO

Bakının mərkəzində "Qalatasaray" və "Fənərbaxça" azarkeşləri arasında qarşıdurma yaranıb.

ANS PRESS-in məlumatına görə, "Qalatasaray"-"Fənərbaxça" matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər "Torqovı"da yürüş keçiriblər. Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qalatasaray" 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla "Fənərbaxça"nı 1:0 hesabı ilə məğlub edib. Gərgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərə göstərib.

Qaynar.info