İdman 18:04 07.07.2014

“Bakı”da "yarpaq tökümü"


Məşhur futbolçu Rauf Əliyev adı son günlər qalmaqallarda hallanan "Bakı" futbol klubunu tərk edib.

Qaynar.info-nun “İdmanxeber.com”a istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Rauf klubun ona olan borcundan imtina edib. "Bakı" rəhbərliyi isə millimizin forvardına azad agent statusu verib.

Qeyd edək ki, Rauf Əliyevin "Xəzər Lənkəran"a keçəcəyi gözlənilir. Çünki Cənub komandası Əliyevi yalnız "Bakı"dan ayrıldıqdan sonra transfer edə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, "Bakı" klubu son günlər maddi sıxıntılar yaşayan iş adamı Hafiz Məmmədova məxsusdur.

Qaynar.info