Foto 16:34 18.05.2018

Bakıda sabiq nazirin villasını sökürlər (FOTOLAR)

Sabiq energetika naziri, mərhum Natiq Əliyevin paytaxtın Teymur Əliyev küçəsində olan villası sökülür. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, sabiq nazirin villası ailə üzvləri tərəfindən satılıb. Hazırda Natiq Əliyevin villasının sökülməsinə başlanılıb. 

Unikal.org-un həmin ərazidə olan əməkdaşına iş icraatçıları villanın yerində otelin tikiləcəyi ilə bağlı məlumat veriblər.