Ölkə 15:29 11.10.2013

Bakıda sərnişin avtobusunda ölüm

Sərnişin infarktdan dünyasını dəyişib

Hadisə  Bakı sakini sərnişin avtobusunda ölüb. Ans Press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 10-da paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 214 saylı xətt avtobusunda Bakı şəhər sakini Qabil Əzizov infarktdan dünyasını dəyişib.

Qaynar.info