Video 17:50 25.09.2018

Bakıda sərnişinlərlə dolu avtobus alovlandı (VİDEO)

"Baku Bus"a məxsus 6 saylı avtobusun mühərriki hərəkətdə olarkən alışıb. 
 
Qaynarinfo xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, Hüseyn Cavid prospektində alovlanan avtobus məcbur dayanacaqda saxlayıb. Sürücü avtobusdakı sərnişinləri ərazidən uzaqlaşdırıb. Avtobusdakı yanğınsöndürəni işə salan sürücü mühərrikdəki yanğını söndürüb. 
 
Hadisə zamanı xəsarət alan olmayıb. 
 
Hadisə şahidlərinin protalımıza göndərdikləri görüntüləri təqdim edirik: