Ölkə 23:59 28.04.2013

Bakıda şərurlularla nehrəmlilər bir-birini qırdılar - KÜTLƏVİ DAVA

Bakı şəhər prokuroru hadisə yerindədir, xeyli adam həbs olunub
Bu dəqiqələrdə AZNEWS.AZ-a daxil olan məlumata görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bıçaqlanma hadisəsi baş verib. İlkin informasiyaya görə, hava limanı ərazisində yerləşən Hava Nəqliyyatında baş Gömrük İdarəsinə kütləvi hücum olub və bir neçə gömrük əməkdaşı bıçaqlanıb.
Məlumata görə, əsilində, orada kütləvi toqquşa sərnişinlər arasında baş verib. Hadisə Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb.
Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin “Şərurda kişi yoxdur” təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanınında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.
İndi aldığımız məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Onlar içərisində Bakı Şəhər prokuroru Əziz Seyidov da var. Artıq toqquşmanın qarşısının alındığı, xeyli adamın həbs edildiyi bildirilir. /AzNews.az/