Ölkə 18:35 27.01.2014

Bakıda teleaparıcı həbs edildi

İsrafilov dostuna onu cinayət məsuliyyətindən yayındıracağına söz verib.

Bakının Xətai rayon Polis İdarəsinin əməkdaşları ötən şənbə dələduzluqda ittiham olunan teleaparıcı Azər İsrafilovu saxlayıblar. 

Vesti.Az-ın verdiyi xəbərə görə, polis idarəsindən İsrafilovun əvvəllər yerli kanallarda kriminal rubrika apardığını bildiriblər.

O, tanışının etibarından sui-istifadə etməklə 20 min manat pulu almaqda və geri qaytarmamaqda ittiham olunur.

İsrafilov narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olan cinayətdə günahlandırılan dostuna onu cinayət məsuliyyətindən yayındıracağına söz verib.

Lakin o, bu vədini yerinə yetirməyib. Təəccüblü də deyil, axı o, nə prokuror, nə də hakim səlahiyyətlərinə malik deyil.

Məlumdur ki, İsrafilova qarşı cinayət işi bir il əvvəl qaldırılıb. İndi onun cinayəti aidiyyatı sübuta yetirilib və hazırda həbs barədə qətimkan tədbirinin çıxarılacağı gözlənilir.

İstintaq davam edir.//Oxu.Az

Qaynar.info