Ölkə 14:36 13.03.2014

Bakıda ticarətçilər yenə aksiya keçirəcək

Bakı Metropolitenində satışla məşğul olan sahibkaları kütləvi aksiyalar keçirməyi planlaşdırırlar.

ANS PRESS-in satıcılar arasında apardığı araşdırma maraqlı faktları üzə çıxarıb. Onların sözlərinə görə, metronun 28 may stansiyasında alverlə məşğul olan dükan sahibləri Bakı Metropolitenin onlara verdiyi bir həfəlik müddət bitdikdən sonra idarənin önündə yeni aksiya keçirməyə hazırlaşırlar. Dükan sahibləri 27-8 mart tarixlərində təşkil ediləcək aksiyalarda iştirak edəcəklərini bəyan edirlər.

Bəzi satıcılar isə aksiyalara ötən gün baş verən mitinq zamanı polis tərəfindən saxlanılan digər satıcıların hüquqlarını müdafiə etmək üçün qoşulacaqlarını bəyan ediblər. Onların sözlərinə görə, aksiya Baş Metropoliten İdarəsinin önündə təşkil ediləcək. Aksiyalara metroda qəzet və jurnal köşkləri bağlanan sahibkarların da qoşulacağı bildirilir: “3-4 gün sonra buraları bağlayacalarını deyirlər. Biz hamımız buna etiraz edəcəyik”.

Qeyd edək ki, ötən gün metro stansiyalarının giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirilib. Aksiyanın Bakı Metropoliteninin binası qarşısında keçirilib. Hadisə yerinə cəlb edilən polislər aksiyanın böyüməsinin qarşısını alıblar. Narazı şəxslər Bakı Metropolitenin rəhbərliyi tərəfindən qəbul olunub.

Məlumata görə, onlara martın 27-nə qədər vaxt verilib.

Qaynar.info