Ekonomiks 13:19 13.02.2014

Bakıda toy biznesi çökür - ARAŞDIRMA

Bankların istehlak kreditlərinə qoyduğu qadağalar bizneslə yanaşı istehsal sahələrinə də təsir göstərməyə başlayıb.

Bizimyol.info-nun apardığı araşdırmalara görə, ölkədə böyük dövriyyəsi olan(ayda-80-100 milyon dollar) toy biznesinə bağlı sahələrdə durğunluq yaranıb. Məsələn, restoranlara toy sifarişləri kəskin şəkildə azalıb. Nəticədə restoranların işbirliyində olduğu broyler fabrikləri, spirtli, sərinləşdirici içkilər müəssisələri, paytaxta ət, tərəvəz məhsulları gətirən, qızıl zinət əşyaları, mebel avadanlıqları satan iş adamları fəaliyyətlərini dayandırmaq həddinə çatıb.  

Paralel olaraq təxminən 1500-ə yaxın şadlıq saraylarında çalışan,  sayı 50 mindən yuxarı olan xidmət personalının, musiqiçilərin böyük hissəsi gündəlik gəlirlərindən məhrum olub.  

Məlumdur ki, Azərbaycanda toy edən ailələrin böyük əksəriyyəti istehlak kredlitlərinə müraciət edir. Xüsusən qızıl-zinət əşyaları, mebellər kredit hesabına alınır. Mərkəzi Bank bir qadağası ilə ölkə iqtisadiyyatında böyük durğunluq yaradıb. Yaxın müddətdə bu istiqamətdə pozitiv addımlar atılmazsa, xidmət sektorunda ciddi böhran yaranması qaçılmazdır.

Qaynar.info