Ölkə 09:37 06.11.2013

Bakıda toydan meyit çıxdı


Bakı şəhərindəki məşhur şadlıq sarayında toydan meyit çıxıb. Milli.Az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsindəki "Niaqara" şadlıq sarayında keçirilən toy məclisində ölüm hadisəsi olub. Toyun sonuna yaxın 73 yaşlı Famil Əliyev qəflətən dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, o, ürək çatışmazlığından vəfat edib.


Qaynar.info