Sənət 11:55 21.09.2017

Bakıda Undeground Festival keçiriləcək

Bakıda "Undeground Festivalı" keçiriləcək. Festival 1 gün ərzində davam edəcək.

Burada sizi foto sərgi, teatr nümayişi, canlı musiqi, poetik döyüş, "Art bazar" və dadlı qidaların satışının təşkil olunacaq bazar gözləyir. Bütün bunları siz "Bakool Arts"da görə biləcəksiniz. 

"Qaynarinfo" xəbər verir ki, festival təşkilaltçıları bu günü Azərbaycanın "yeraltı mədəniyyəti"nə həsr edəcəklərini bildirib. Festivalda iştirak edən qonaqları fotoqraf Sultana Əhmədbəylinin foto sərgisi, ADO teatrının hazırladığı səhnə, Equalsın poetik çıxışı, Albina, Araz Hümbətli, Ahmedovskiy Trio, Les Gardiyens du Saylens, Firudin Həmidov&H3 Kollektiv kimi qrupların çıxışı və dizaynerlərin əl işləri ilə yanaşı, qidaların da satışı olan bazar gözləyir. 

Biletləri "Paris Bistro", "Le Chateau","Ada Universiteti" və "ADO" teatırından əldə edə bilərsiniz. 


Qaynarinfo.Az