Ölkə 12:57 17.12.2017

Bakıda "Undeground" yarmarka keçirilir

Bakı köhnə ilin yekununu əylənərək yola salmağa çalışır. Hər kəs yeni ili fərqli ümidlərlə gözləsə də, bayramın bəzi adət-ənənələri dəyişilməz olaraq qalır. Kimi metro çıxışlarında olan yarmarkalardan Yeni il üçün özünə və yaxınlarına hədiyyə alır, kimi xarici ölkələrə üz tutur, kimi də xeyriyyə məqsədi ilə yarmarkalar təşkil edir. 
 
Qaynarinfo bildirir ki, "Underground art gallery, shop and studio" olaraq fəaliyyət göstərən Bunkerdə xeyriyyə məqsədi ilə yarmarka keçirilir. Siz burada gənclərin özlərinin hazırladıqları əl işləri ilə tanış ola bilərsiniz. Bununla həm gənclərə, həm də yığılan vəsaitdən uşaqlar evi üçün alınacaq hədiyyələrə bir qatqınız ola bilər. 
 
Qeyd edək ki, 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Dihaj qrupunun solisti Diana Hacıyeva da öz geyimlərini yarmarkada satışa çıxarıb. Bundan başqa siz gənclərin yeni yaratdığı bijüteriya, alt geyimləri və fərqli aksesuar brendləri ilə tanış ola bilərsiniz. Qeyd edək ki, yarmarka bu gün axşam saat 8-ə kimi davam edəcək. 

Lalə Niftaliyeva