Yanvarın 26-27-də Bakıda V Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Bu barədə Qaynarinfo-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, tədbirin əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.
Tədbirdə həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcəklər.
Əlavə məlumatı www.konfransari.com internet səhifəsindən almaq olar.
Şərhlər