Ölkə 11:45 24.09.2018

Bakıda vulkan püskürməsi zəlzələyə səbəb ola bilərmi? (AÇIQLAMA)

Ötən gün səhər saatlarında Bakının Qaradağ da vulkan püskürüb.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Hadisədən sonra şəhər əhalisi arasında güclü zəlzələ olacağı barədə fikirlər yayılıb. Sosial şəbəkələrdə qeyd edilir ki, vulkan püskürəndən sonra zəlzələ olacağı ehtimalı var.

Məsələyə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzilə əlaqə saxladıq.

Qurumun seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bəzi hallarda zəlzələlər vulkanı aktivləşdirə bilər.

"Biz bilirik ki, baş verən zəlzələlər vulkanı aktivləşdirə bilər. Palçıq vulkanının zəlzələ ocaqlarını aktivləşdirməsi o qədər də inandırıcı deyil”