Sənət 12:07 09.02.2018

Xalq artisti ilə Bakıda vida mərasimi keçirilmədi (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib. Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, xalq artisti dəfn olunmaq üçün yaxınları tərəfindən Quba şəhərinə aparılır.

"Quba şəhər qəbristanlığında dəfn olunacaq. Artıq yaxınları tərəfindən cənazəsi ora aparılır. Anasının məzarının yanında basdırılacaq. Mərhumla vida mərasimi Qubada keçiriləcək".
 
Çingiz Səfərli