Ekonomiks 15:40 29.04.2015

Bakıda yanan məşhur otelin pulunu kim verəcək?

Aprelin 25-də yanğın baş vermiş Bakıdakı “Trump Tower” oteli sığortalı olub. Fins.az-ın məlumatına görə, məşhur otel “Qarant sığorta” şirkətində sığortalanıb.

Şirkətdən bildirilib ki, daşınmaz əmlakın könüllü sığortası üzrə sığortalanmış otelin anbarında baş verən yanğınla bağlı artıq onlara müraciət edilib. İlkin hesablamalara görə, yanğın nəticəsində otelə 15 min manatdan çox ziyan dəyib.

Ancaq anbarda yanmış əmlakın dəyəri müəyyən edilmədiyindən hələlik zərərin məbləği dəqiqləşməyib. Yanğının səbəbləri aydın olduqdan sonra otelə sığorta ödənişinin verilib-verilməyəcəyi məlum olacaq.

Qaynar.info