Ölkə 11:40 10.08.2015

Bakıda yanğın: sakinlər təxliyyə edildi

Bakıda bu gün səhər saatlarında yanğın baş verib. 

Qaynar.info FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri yanıb.

Yanğın nəticəsində binadan 20 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunaraq, yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info