Foto 15:31 23.06.2019

Bakıda yanğına görə bağlanan yolda hərəkət qismən bərpa olunub (FOTO)

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Qara Qarayev prospektindəki (metronun "Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yolun bir hissəsində hərəkət məhdudlaşdırılmışdı.