Video 12:08 13.12.2019

Bakıda vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı (VİDEO/YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.

Qaynarinfo-nun xəbərinə görə, açıqlamada bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər:

"Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.


09.30

 

Səbail rayonunda iki nəfər bıçaqlı şəxsin insanlara hücum etməsinin görüntüsü yayılıb.

 

Oxu.az-ın xəbərinə görə, görüntülərdən aydın olur ki, Nizami küçəsində qeydə alınan hadisədə iki nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edir.

 

Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstərirlər.

 

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İki nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyir. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetirirlər.

 

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.


Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.