Ölkə 20:58 19.03.2019

Bakıda yataqxana binasında yanğın: Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.