Ekonomiks 19:14 10.10.2018

Bakıda yeni binalarda mənzillər neçəyədir? (İnfoqrafika)

Yay-daşınmaz əmlak bazarında nisbi sükunət dövrüdür və adətən yay aylarında daşınmaz əmlak alqı-satqı müqavilələri azalır və bu müddət ərzində qiymətlər çox da dəyişmir. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, payızın başlanğıcı ilə tamamilə fərqli bir vəziyyət müşahidə etmək olar, daşınmaz əmlak alqı-satqı əməliyyatlarının sayı, mənzil ehtiyacının çoxalması ilə birlikdə  sürətlə böyüyür. 

Azərbaycanda Flafty yeni tikililərinin onlayn-xidmət seçiminə görə bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış komplekslərində mənzil almaq olar. 

2018-ci ilin sentyabr ayinin nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir.

Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Qaradağ rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti cəmi 900 AZN təşkil edir.

Bakı şəhərinin rayonlari üzrə mənzillərin orta qiyməti:
 


İnfoqrafikada:
 


Əgər inşa edilmiş evlərdə və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaqdır:
 


Artıq təhvil verilmiş hazır yeni evdə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakının 2018-ci ildə, təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq olan yaşayış komplekslərində orta qiyməti 1370 AZN qiymətinə bərabərdir. 

Beləliklə, tikintinin başa çatmasını, daha doğrusu yaşayış kompleksinin istismara verilməsini nə qədər çox gözləsəniz bir o qədər kvadrat metrin qiyməti aşağı olacaqdır. Amma əgər risk almadan və artıq hazır evdə mənzil almaq istəsəniz, cibinizdən daha böyük miqdarda məbləğ qoymaq məcburiyyətində olacaqsınız. 

Ən "ucuz" kvadrat metri olan yeni mənzili "Qobu Village” şirkəti tərəfindən tikilən "QobuVillage” cottec şəhərciyində almaq olar. Burada hər kvadrat 398 AZN/m2başa gələcəkdir.

Bakıda ən bahalı mənzil, tikintisi ilə PAŞA Holding şirkətinin məşğul olduğu Port Baku Residence yaşayış kompleksində 3300 AZN m2 qiymətinə satılır. 

Sentyabr ayından etibarən demək olar ki, bütün istiqamətlər üzrə mövsüm artımı başlayıb (hər yerdə olmasa da). Bir qayda olaraq, qiymətlərin aşağı "düşdüyü" yay dövrünün qurtarması da təsirsiz ötüşməyib.

Xatırladaq ki, Flatfy.com – mənzil seçmək üçün onlayn-xidmətdir. Flatfyaxtariş sistemi mənzil satışı və kirayəsi üçün bütün elanları toplayir və bazarda olan bütün təkliflərdən rahat bir şəkildə seçmək imkanı verir. Flatfy 37 ölkədı fəaliyyət göstərir, layihə 2016-cı ildə Azərbaycanda işləməyə başlayıb və 2018-ci ilin iyun ayından yeni tikililərin kataloqu yaradılmışdır.