Foto 17:43 03.01.2019

Bakıda yeni MALL tikiləcək (FOTOLAR)

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində tikilməsi nəzərdə tutulan ticarət mərkəzi Yasamal Yaşayış Kompleksinin və şəhərin bu ərazisində yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq üçün yeni ticarət-əyləncə mərkəzinin (Mall) tikintisi nəzərdə tutulub.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, "Zefir Mall” adlanacaq yeni mərkəzin layihəsi artıq hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ümumi sahəsi 11,6 hektar olan Kompleksdə "Zefir Mall” 6500 kvadrat metr sahəni əhatə edəcək, öz minimalist və modern xarici dizaynı ilə xüsusilə seçiləcək. "Zefir Mall” ziyarətçilərin rahatlığını təmin etmək üçün fərqli brendlərin məhsullarını təqdim edəcək. Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.