Ekonomiks 09:09 14.10.2013

Bakıda yeni qəsəbə salınacaq

“Böyük Bakının regional inkişaf sxemi”ndə çərçivəsində paytaxtın qəsəbələrinin inkişafına da xüsusi əhəmiyyət verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, layihəyə əsasən, Bakı ətrafında, indiki Türkan qəsəbəsinin yaxınlığında Yeni Türkan qəsəbəsinin yaradılması nəzərdə tutulub.

Həmin ərazinin, həmçinin kurort-turizm zonasına çevrilməsi planlaşdırılır.

ANS Press