Ölkə 17:28 07.12.2018

Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə: ölən var

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli "Skyland" yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb.
 
Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!