Ölkə 11:34 15.10.2013

Bakıda yol qəzaları: 7 yaralı

Oktyabrın 14-də Bakıda baş vermiş yol qəzalarında 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Qaynar.info saytına verilən məlumata görə, gün ərzində ümumilikdə 5 yol qəzası baş verib. Hadisələr nəticəsində xoşbəxtlikdən ölən olmayıb.

Yol qəzalarının əksəriyyəti sürət həddinin aşılması və manevr qaydalarına düzgün əməl edilməməsi səbəbindən baş verir.

Qaynar.info