Ölkə 10:58 15.06.2013

Bakıda özəl şirkət metro tikəcək

Azərbaycanda özəl şirkətlərin tikəcəyi ilk metro stansiyası bir neçə ildən sonra istismara veriləcək.

Bu sözləri Bakı Sərgi Mərkəzində "İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən XII Beynəlxalq nəqliyyat, tranzit və logistika ("TransCaspian”) sərgisində Fransanın "Bouyguers Travaux Publics” şirkətinin təmsilçisi Vyurpiyo Jan-Pyer açıqlamasında belə deyib.

Bildirilib ki, şirkət Azərbaycanın "Akkord” korporasiyasının Bakıda metro tikintisi layihəsi üzrə tərəfdaşlarından biridir. Həmin layihəyə metronun "28 May” stansiyasının yenidən qurulması və yeni "Yaşıl xətt”inin Xətai - Həzi Aslanov-2 hissəsinin tikintisi daxildir.

Hələlik isə bu layihələr üzrə mühəndislik işləri aparılır.

Qaynar.info