Ölkə 09:44 21.10.2013

Bakıda zəncirvari qəza: 5 maşın toqquşdu

Bakıda zəncirvari qəza olub, 5 maşın toqquşub.

APA-nın hadisə yerində olan muxbirinin verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Binəqədi şosesində qeydə alınıb.  Qəza nəticəsində, ”90-MC-028” dövlət nömrə nişanlı ”Volkswagen” markalı avtomobil, "10-UG-327”  dövlət nömrə nişanlı "Vaz 2107”markalı avtomobil, "90 –CJ-024 markalı” və dövlət nömrə nişanı məlum olmayan 2 Hyundai markalı avtomobil, "99-EF-114” dövlət nömrə nişanlı ”Mercedes” markalı avtomobillər toqquşub.
 
Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
 
Baş verən ərazidə böyük tıxac yaranıb.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qaynar.info