Foto 19:42 06.06.2018

Bakıdakı dünya çempionatında idmançı xəstəxanalıq oldu (FOTO)

Bakıda keçirilən velosiped idmanı üzrə dünya çempionatının (BMX) ikinci günündə idmançılardan biri ciddi xəsarət alıb.

Oxu.Az-ın xəbərinə görə, yeniyetmələrin yarışında əcnəbi idmançılardan biri trekdə velosipedinin nizamını qoruyub saxlaya bilməyib.

Nəticədə idmançı başı üstə yıxılıb. Yeniyetmə velosipedçiyə dərhal trekdə tibbi yardım olunub. Ona süni nəfəs verilən aparat qoşulub. İdmançı xərəkdə tibbi yardım maşınına qoyulub və xəstəxanaya aparılıb.


Federasiyadan əldə etdiyimiz son məlumata görə, idmançının durumu hazırda qənaətbəxşdir və onun həyatı üçün ciddi təhlükə yoxdur.