Dünya 09:41 07.08.2017

Bakıdakı festivaldan qayıdan məşhur faciəvi şəkildə öldü (VİDEO)

"Jara” festivalında iştirak edən sabiq ukraynalı millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib. 

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, Xorvatiya ilə İtaliya arasındakı dağlıq yolunda dəhşətli qəza baş verib. Qəzanın nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib. 

Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb. 

Sabiq millət vəkili şou-biznes nümayəndələri ilə dostluq edib. O, mütəmadi olaraq yığıncaqlarda iştirak edib. 

Qaynarinfo.Az