Ölkə 20:35 12.02.2018

Bakıdan bu sərnişin qatarının hərəkəti dayandırılır

Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır

"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, QSC-nin İdarə Heyətinin 2018-ci il 29 yanvar tarixli 1 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan fevralın 15-dən, Köçərlidən isə fevralın 16-dan etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.