Ölkə 21:53 19.06.2018

Bakının 2 rayonunda su yoxdur

Heydər Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişində sabah günorta saatlarına qədər fasilələr olacaq.

Qaynarinfo xəbər veirr ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb