Ölkə 20:00 22.05.2018

Bakının bir hissəsi qazsız qalacaq

Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315mm-lik  yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz” İB-dən Qaynarinfo-ya verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu  Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

"Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.