Video 18:37 15.02.2018

Bakının bu küçəsində sürücülər kütləvi şəkildə cərimə olunur (VİDEO)

Bakının Üzeyir Hacıbəyov küçəsi, Port Baku-nun yaxınlığında sürücülər kütləvi şəkildə qaydanı pozduqlarına görə cərimələnirlər. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, həmin küçədə sürücülər Yol hərəkəti haqda qanunun 327.1 maddəsinin tələblərini pozmuş sayılırlar. (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi). Qaydanı pozan sürücü 40 manat məbləğində cərimələnir.

Videoda isə qısa müddət ərzində 10-a yaxın maşın qaydanı pozur.