Ölkə 15:39 01.11.2017

Bakının bu yerlərində işıq olmayacaq

"Azərenerji” ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləri ilə əlaqədar olaraq, 2 noyabr tarixində saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Qaynarinfo" xəbər verir ki, bu barədə ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
 
Qaynarinfo.Az