Foto 13:06 19.04.2018

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq (XƏBƏRDARLIQ)

Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adıçəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində sabah gecə saatlarından isə Heydər Əliyev prospektinin "Sabunçu yol qovşağı”ndan "Böyük Şor yol qovşağı”nadək (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.