Ölkə 09:19 15.12.2017

Bakının cəmi 5 Şaxta Baba və Qar Qızı var

Bu gündən Şaxta Baba və Qar qızlar Bakıda xidmətə başlayacaqlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. O, deyib ki, bu günə qədər bu xiddmət üçün quruma 5 cütlük müraciət edib. " Onların fəaliyyətinə bu gündən 15-dən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".

Ə.Bağırov bildirib ki, indiyə qədər müraciət edən şəxslər paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Sifarişlər əsasında evlərə gedən Şaxta baba üçün isə hələlik müraciət edən yoxdur.