Ölkə 15:33 16.07.2013

Bakının mərkəzi küçələrindən biri bağlandı

Bakının əsas küçələrindən biri bağlanıb.

Trend-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Ceyhun Hacıbəyli küçəsi (cənub istiqamətində) Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Akademik Mirəsədulla Mirqasımov küçəsi ilə kəsişməsinə kimi olan hissəsində təmir tikinti işlərinin aparılması ilə əlaqədar olaraq bağlanıb.

Sürücülərdən alternativ yollardan istifadə edilməsi xahiş olunur.


Qaynar.info