Ölkə 13:48 19.04.2014

Bakının mərkəzi şumlanır - FOTOLAR

     

"İçərişəhər" metrostansiyasının qarşısı təzələnir

 Bakının "İçərişəhər" metrostansiyasının qarşısında təmir işləri aparılır. Belə ki, asfalt dağıdılaraq yenisi ilə əvəzlənəcək.

Qaynar.info xəbər verir ki, icraçı tərəfindən milli.az-a verilən məlumata görə, asfalt "İçərişəhər" metrostansiyasının qarşısından yolun kənarında olan piyada keçidinə qədər və Səbail rayon İcra Hakimiyyətinə qədər dəyişdiriləcək.

Hal-hazırda həmin ərazidə gərgin işlər gedir və yaxın gündə metrostansiyanın qarşısına yeni asfalt döşənəcək.

Qaynar.info