Sənət 23:30 25.01.2015

Bakının mərkəzində möhtəşəm muzey tikilir - FOTOLAR

Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisinə başlanılıb. Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihənin müəllifi Türkiyə şirkətləridən biridir. 

Tikinti işlərini isə yerli şirkət həyata keçirir. Muzey metronun "Gənclik" stansiyası yaxınlığında inşa edilir.
 
Qeyd edək ki, prezident İlham Əliyev 2013-cü ilin aprelində Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar sərəncam imzalayıb və Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Qaynar.info