Foto 17:10 26.06.2019

"Piramida plaza"da baş verən yanğın söndürüldü (YENİLƏNİB/FOTO)

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yanğın 18 mərtəbəli plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

20 nəfər bina sakini təxliyyə olunub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.

16.40

Bakının mərkəzində "Piramida Plaza” yanır.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə yaxın dəqiqələrdə paytaxtın Mehdi Mehdizadə küçəsi, 33 ünvanında qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın binanın ikinci mərtəbəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib.