İdman 19:52 12.11.2019

"Bakı"nın sabiq baş məşqçisi istefa verdi

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

Qaynarinfo xəbər verir ki, "Antalyaspor"u çalışdıran Bülent Korkmaz postunu tərk edib. 51 yaşlı mütəxəssis bu barədə "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə və azarkeşlərrə təşəkkür edib.

Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. Antalya klubu 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb. O, 2009/10 mövsümündə "Bakı"nı çalışdırıb.