Dünya 09:14 25.02.2018

Bakirələrin ərə getməsi qadağandır, gəlin 100 kilo olmalıdır (FOTOLAR)

Dünyanın bir çox evində evliliklə bağlı fərqli adət-ənənələr var. Amma bəzi adət və ənənələr var ki, hər birimiz üçün qeyri-adi görünür. Ən qeyri-adı toy adətlərini təqdim edirik.

Hindistan



Hindistanda gəlin və bəy üçün müqəddəs ocaq qalanır, ətrafına yastıq qoyulur. Müqəddəs ocağın ətrafında 4 dövrə vurduqdan sonra yastığa birinci kim otursa, evdə onun sözünün keçəcəyinə inanılır.

Mavritaniya



Evlənmədən öncə qızların ən azı 100 kilo olması vacibdir. Bəyin ailəsi gəlinə daim yemək yedizdirir. Əgər yemək istəməsə, gəlin cəzalandırılır.

Vikinqlər



Vikinqlər zamanında gəlinlər hərrac yolu ilə verilirdi. Bəy namizədi qız üçün bir qiymət deyirdi, qızın atası isə bazarlıq edərək qiyməti artırmağa çalışırdı.

Kolumbiya



Gəlinin anası toy gecəyi yatağın kənarında oturaraq onları izləyir.

Bosniya və Herseqovina



Bəy namizədi qızın evinə çağırılaraq ailənin ailənin böyükləri evlilik haqqında müzakirələr aparır. Ailənin ağsaqqalları bəy haqqında qərar verdikdən sonra bəyə qəhvə verilir. Qəhvə duzlu və turşdursa, qızı oğlana verməyiblər. Dadlıdırsa, bəy sevinə bilər.

Pakistan



Bəy namizədi qızın ailə böyükləri tərəfindən imtahandan keçirilir. Oğlan ağılagəlməz həqarətlərlə qarşılaşır. O, bunlara dözüb, soyuqqanlı davrana bilsə, imtahandan uğurla keçmiş olur.

Şimal Koreya 



Evlilik zamanı qaz və ördək önəmli vasitədir. Əvvəllər bəylər arxalarına qaz bağlayaraq at üzərində gəlinin evinə gedirmiş. İndi isə simvolik olaraq taxtadan hazırlanmış ördəkdən istifadə olunur. Toydan əvvəl bəy evinə taxta ördək yerləşdirilir. Onlar taxta ördəyi tərk qoyarsa, bu onların dava etdikləri anlamına gəlir. Düz qoyublarsa, demək hər şey qaydasındadır.

Quam



Bakirələrin evlənməsi qadağandır. Bunun üçün qızlar evlənmədən əvvəl pul verərək bakirəliklərini pozdururlar. Bu işlə məşğul olan xüsusi kişilər var.

Aydın