Dünya 14:45 26.06.2013

Bakirəliyini 780 min dollara satdı - FOTOLAR

Braziliyalı 20 yaşlı model və tələbə Katarina Milyorini bakirəliyini onlayn auksiona çıxarıb.

Qaynar.info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, onu bu addımı atmağa vadar edən təhsilini davam etdirə bilməsi üçün böyük məbləğdə pula ehtiyacın yaranması olub.

Gənc model Argentinada tibb üzrə təhsilini davam etdirməyə hazırlaşır.

Onlayn-auksion baş tutub və gənc qız Natsu adlı yapon alıcıya təyyarənin bortunda təhvil verilib. Bundan sonra cütlük naməlum istiqamətə uçub.

Müqaviləyə görə, Natsu tibbi müayinədən keçməli və intim yaxınlıq zamanı qoruyucudan istifadə etməlidir.

Auksionun nəticəsinə görə, Katarina öz bakirəliyini 780 min ABŞ dollarına satıb.

Qaynar.info